Bir neçə dəqiqə əvvəl “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasının yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 10.00 radələrində metrostansiyanın üzərindən keçən Qara Qarayev prospekti, 2a ünvanının qarşısında törədilib.
İki marşrut avtobusunun toqquşması nəticəsində baş verən qəza zamanı 15-ə yaxın sərnişinin xəsarət aldığı bildirilib.
Qəza yerinə təcili tibbi yardım briqadaları cəlb olunublar.
Hadisə ilə bağlı əlavə məlumat verəcəyik. Hadisənin təfərrüatları bəlli olub.
***
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya səbəb 36 və 1 saylı sərnişin avtobuslarının toqquşması olub.
Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, qəza nəticəsində 8 nəfər xəstəxanaya çatdırılıb. Yaralıların artacağı gözlənilir.
Xəsarət alanların kimliyi haqda isə məlumat verilmir.