Bakıda avtobusları daşa basdılar – FOTO

Bakıda avtobusları daşa basdılar – FOTO
Bütün Xəbərlər
16:15 26.01.2016
1946

Avtobusun içində sərnişinlər olub.

“BakuBus”un 3 avtobusu daşa basılıb.

AZXEBER.COM-uın məlumatına görə, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova özünün facebook hesabında məlumat verib.

N. Allahyarova bildirib ki, yanvarın 23-də "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda naməlum şəxslər Ağstafadan Bakıya hərəkət edən qatarı daşa basmışdılar.

OXŞAR XƏBƏRLƏR