Bakıda avtomobil aşdı, ölən və xəsarət alanlar var

Bakıda avtomobil aşdı, ölən və xəsarət alanlar var
Bütün Xəbərlər
11:34 20.10.2014
470
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi «Mercedes» markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Nəticədə, Q.Əliyev, sərnişinləri - 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə xəstəxanaya yerləşdiriliblər. Q.Əliyev aldığı bədən xəsarətlərindən orada ölüb.//APA

OXŞAR XƏBƏRLƏR