Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil piyadanı vurub
HADİSƏ
09:19 21.06.2025
251
Bakıda avtomobil piyadanı vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Turan Abdullayev idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən piyada 1981-ci il təvəllüdlü Namiq Süleymanovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR