Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi - Video

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi - Video
SOSİAL
11:49 24.06.2026
278
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Ziya Bünyadov prospektində yol-nəqliyyat qəzasının baş verməsi və bir nəfərin avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən "Ford" markalı avtomobilin səkiyə çırpılması nəticəsində qəzanın baş verdiyi müəyyən olunub. Qəza zamanı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Abbasov Xalid Hatəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi avadanlıqların köməyi ilə sürücünü avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR