Bakıda avtomobil yaşlı kişini vurub qaçdı –FOTOLAR

Bakıda avtomobil yaşlı kişini vurub qaçdı –FOTOLAR
Bütün Xəbərlər
00:14 15.10.2014
1748

Bakının Yasamal rayonunda avtomobil yaşlı kişini vurub.

Bu barədə AZXEBER.COM-a hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, hadisə günorta saatlarında Həsən bəy Zərdabi küçəsi 87 ünvanında, DSMF ilə üzbəüz yolda baş verib. Belə ki, yaşlı kişi yolu keçmək istəyərkən sürətlə hərəkət edən avtomobil tərəfindən vurulub.

Hadisə şahidləri avtomobilin qəzanı törətdikdən sonra hadisə yeridən qaçdığını deyirlər. Onlar avtomobilin yaşıl rəngli “Mercedes” olduğunu deyiblər. Avtomobilin dövlət nömrə nişanını isə heç kəs görməyib.

Yaşlı kişi ətrafdakı sakinlərin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

OXŞAR XƏBƏRLƏR