Bakıda avtomobildən 10 min manatlıq lotereya bileti oğurlandı

Bakıda avtomobildən 10 min manatlıq lotereya bileti oğurlandı
KRİMİNAL
14:39 16.12.2024
843
Dekabrın 13-nə keçən gecə Xətai rayonu ərazisində "Hyundai” markalı avtomobildən 10.000 manat dəyərində lotereya biletinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı M.Ağayev və 34 yaşlı İ.Qayıbov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR