Bakıda avtomobili çəkiclə əzilən yol polisi işdən çıxarıldı

Bakıda avtomobili çəkiclə əzilən yol polisi işdən çıxarıldı
SOSİAL
15:52 23.01.2017
1024
Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Daxili İşlər Nazirliyinin Texniki Təchizat Baş İdarəsinin nümayəndəsi Kamran Əsgərli bildirib ki, hadisə nəticəsində yol polisinin avtomobilinə 10 min manata yaxın ziyan dəyib. O, dəymiş ziyanın ödənilməsini tələb edib.
 
Təqsirləndirilən Ş. Bəylərov isə dəymiş ziyanı yalnız azadlığa çıxdıqdan sonra ödəyəcəyini deyib.
 
Sonra şahid qismində polis kapitanı Elşad Novruzzadə ifadə verib. O bildirib ki, 2016-cı il fevralın 17-də təqsirləndirilən şəxs polis avtomobilini əzdiyi üçün bölməyə gətirilib və üzərindən narkotik maddə aşkar edilib.
 
Ş. Bəylərov isə buna etiraz edərək, şahidin yalan ifadə verdiyini deyib.
  
Sonra hadisənin baş vermə anının videogörüntüləri nümayiş olunub.
  
Ş. Bəylərov avtomobili idarə edən polis əməkdaşının hərəkətlərindən əsəbiləşdiyi üçün belə addım atdığını qeyd edib.

Zərərçəkmiş tərəfin nümayəndəsi K. Əsgərli isə bildirilib ki, Ş. Bəylərovun avtomobilini əzdiyi polis əməkdaşı işindən azad edilib.
 
Sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
 
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
 
Proses noyabrın 25-də davam etdiriləcək.
 
Qeyd edək ki, ötən il fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan "BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır