Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu 10 gün əvvəl paytaxtda baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktlabağlı SəbailRayonPolis İdarəsinin İstintaq Şöbəsində CinayətMəcəlləsinin 263.2-ci (Yolhərəkətivə nəqliyyatvasitələrininistismarı qaydalarını pozmazərərçəkmiş şəxsin ölümünə səbəbolduqda) maddəsiilə cinayətişibaşlanıb.
Ə.Zeynaloviş üzrə təqsirləndirilən şəxsqismində cəlbolunaraqCinayətMəcəlləsininqeydedilənmaddəsiilə ittihamelanolunubvə məhkəməninqərarı ilə barəsində həbsqətimkantədbiriseçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.