Paytaxtda keçirilmiş GT3 avtomobil yarışına baxmağa gedən 12 yaşlı qız itkin düşüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən məlumat verilib.İdarədən bildirilib ki, İsmayılov küçəsi, 57 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Müşfiq Məmmədov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Lalə noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.Hazırda 12 yaşlı Lalənin tapılması istiqamətində axtarış tədbirləri aparılır.