Avtoxuliqan paytaxtda gündüz saatlarında "manevrlər" edərkən yolun qarşı tərəfinə çıxaraq bir minik avtomobilinə və sərnişin avtobusuna çırpılıb. Sürətini nizamlaya bilməyən "avtoş" sürücünün idarə etdiyi "VAZ 2107" markalı avtomobil ciddi deformasiyaya uğrayıb.
Qeyd edək ki, bu ilin 10 ayı ərzində Bakıda 846 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb (Trend).