Yasamal rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, şəxsiyyəti hələlik bəlli olmayan sürücünün idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxıb. Avtomobil yol kənarında dayanmış “Toyota”, “Mercedes” və yol polisinə məxsus 10 YP 315 nömrə nişanlı “BMW”-yə çırpılıb. 4 avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.Sürücü qəzadan dərhal sonra avtomobilin nömrə nişanlarını çıxararaq hadisə yerindən qaçıb. İlkin məlumata görə, maşını avtoxuliqanlıq edən şəxs yüksək sürətlə idarə edib.Polis faktla əlaqədar araşdırma aparır.