Bakıda avtobus sürücüsü az qala sərnişinləri öldürəcəkdi
“88” saylı avtobus yolun tıxac olduğunu görüb, qeyri-adi üsula əl atıb.
AZXEBER.COM xəbər verir ki, Bayıldan Neftçilər prospekti istiqamətində hərəkət edən avtobus yolun tıxac olduğunu görüb, qarşı yola çıxaraq tam sürətlə irəliləyib.
“10 TH 025” dövlət nömrə nişanlı avtobusun sürücüsü sərnişinlərin etirazına məhəl qoymayaraq yoluna davam edib və bir neçə dəfə qəza şəraiti yaradıb. Sərnişinlər sürücünün bu hərəkətinə etiraz ediblər, o isə cavabında deyib: "Əcəb edirəm. Xoşunuz gəlmirsə, düşün".
Avtobus sürücüsünün şəhərin mərkəzində başgicəlləndirən tryukları sərnişinlər tərəfindən lentə alınıb.
Həmin videonu təqdim edirik: