Bakıda “avtoş”luq edən sürücü qəza törətdi - FOTO

Bakıda “avtoş”luq edən sürücü qəza törətdi -  FOTO
Bütün Xəbərlər
11:14 28.05.2014
1464
Yaralılar 3 saylı kliniki xəstəxanaya çatdırılıblar.
Bakının Xətai rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə beton arakəsməyə, sonra işıq dirəyinə çırpılıb, daha sonra isə yolun ortasında aşıb.
Qəza nəticəsində avtomobildə olan iki nəfər - Əbdürrəhmanov Kənan Cabir oğlu və Rzayev Fəxri Firudin oğlu ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı kliniki xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, qəzaya uğrayan “Mercedes” başqa bir “Mercedes”lə yarışırmış. Sürət yüksək, sürücü isə sərxoş olduğundan idarətməni itirib və qəza baş verib. Digər “Mercedes”in sürücüsü isə ərazidən uzaqlaşıb.
OXŞAR XƏBƏRLƏR