Bakıda azayşlı uşaq anası pul üçün min bir fırıldağa əl atıb

Bakıda azayşlı uşaq anası pul üçün min bir fırıldağa əl atıb
Bütün Xəbərlər
17:43 20.02.2014
1314

Bakıda azyaşlı uşaq anası pul qazanmaq üçün ağlagəlməz fırıldağa əl atıb. Onun əl atdığ fırıldaq baş tutsa da, polisdən yayınmaq cəhdi alınmayıb

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları 6 nəfərin külli miqdarda pulunu mənimsəyən 34 yaşlı İlhamə Xəlilovanın qoluna qandal vurub. Rayon Polisindən Milli.Az-a bildirildi ki, İ.Xəlilova həmin şəxslərin hərəsindən 3-4 min manat alaraq onlara xəstəlik adı ilə pensiya düzəldəcəyini vəd edərək pullarını mənimsəyib.
Ümumilikdə 15 min 130 manat pul əldə edən İ.Xəlilova sonradan verdiyi sözə xilaf çıxıb. Polisə ifadəsində o, pensiyanı düzəltmək istədiyini, lakin alınmadığını deyib. Bir azayaşlı uşağı olan İ.Xəlilova artıq həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla təkrar şəkildə dələduzluq etmə (178.2.2, 178.2.4) maddələri ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR