Bakıda azərbaycanlı ofisiantlar xarici müştəriyə görə əlbəyaxa oldular

Bakıda azərbaycanlı ofisiantlar xarici müştəriyə görə əlbəyaxa oldular
Bütün Xəbərlər
14:32 04.05.2015
1437
Qulluq etmək üstündə.
Bakıda Dənizkənarı Milli Parkda yerləşən restoranlardan birinin ofisiantları arasında kütləvi dava baş verib.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, əvvəlcə restorandakı xarici ölkə vətəndaşı olan müştəriyə qulluq etmək üstündə ofisiantlar arasında mübahisə yaranıb.
Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Restorandan bayıra çıxan ofisiantlar Dənizkənarı Milli Parkın ərazisindəki ictimai yerdə bir-birilərinin ünvanına təhqiramiz ifadələr işlədərək dava ediblər.
Hadisədən sonra dava edən ofisiantlar ərazidə xidmət aparan polislər tərəfindən oradan uzaqlaşdırılıb.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR