Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.