Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.
Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Xəzər Rayon Polis İdaərisinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.