Bakıda bahalı maşın oğrusu tutuldu

Bakıda bahalı maşın oğrusu tutuldu
Bütün Xəbərlər
15:08 07.05.2013
1381
Bakı şəhərində bahalı maşın oğrusu həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, həmin şəxsi Nəsimi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 20-ci polis bölməsi əməkdaşları tutublar.Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Nəcəfovdan 4 qramdan artıq tiryək aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, o, Əli və Ruslan adlı şəxslərlə birlikdə aprelin 22-də A.Mustafayev küçəsində Anar Xəlilovun idarə etdiyi “Toyota Land-Cruiser” markalı avtomobili qaçırıb. Həmçinin həmin şəxslər aprelin 27-də S.Axundov küçəsində yerləşən “Asiman” firmasına məxsus “BMW” markalı avtomobili 150 manat müqabilində bir günlük icarəyə götürərək qaytarmayıblar.
//milli.az
OXŞAR XƏBƏRLƏR