Bakıda banka saxta dollar verən əcnəbilərin məhkəməsi başladı

Bakıda banka saxta dollar verən əcnəbilərin məhkəməsi başladı
KRİMİNAL
18:35 16.10.2018
3976

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən xarici ölkə vətəndaşları - 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Onlar məhkəməyə səfirlik nümayəndələrinin dəvət olunmasını və prosesin həmin şəxslərin izləməsi ilə keçirilməsini istəyiblər.

Prosesdə ifadə verən şahid, "Rabitə Bank"ın Yasamal filialının əməkdaşı Elvin Binyətov deyib ki, hadisə zamanı ilk əvvəl həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşaraq ona ABŞ dolları veib: "Digər şəxslər isə ondan əvvəl banka daxil olub, sonra çölə çıxmışdı. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib aidiyyəti quruma məlumat verdik".

 

"Rabitə Bank"ın Yasamal filialının xəzinadarı Elçin İbrahimov isə deyib ki, M.Rəsulov banka gəlib əməliyyat şöbəsində kartına 20 min dollar köçürmək istədiyini bildirib: "O sonra kassaya yaxınlaşdı. Pulları yoxlayanda saxta olduğunu bildim. Pulların üzünə baxanda da saxta olduğu bilinirdi. Lakin onun təqdim etdiyi əskinas 18 900 dollar idi. Dollarların saxta olduğunu Rəsula deyəndə pulların ona məxsus olmadığını bildirdi. Çin vətəndaşları isə bankdan kənarda dayanmışdı".

Digər şahid, polis əməkdaşı Rüstəm Əliyev ifadəsində qeyd edib ki, hadisə barədə onlara məlumat daxil olan kimi banka gəlib: "Biz banka gəlib həmin şəxsləri saxladıq, sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verdik".

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "Rabitə Bank"ın Yasamal filialında 18 900 məbləğində saxta ABŞ dolları dəyişmək istəyərkən tutulublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib