Bakıda barda dava düşdü

SOSİAL
11:10 12.05.2016
1411
Xəsarət alanlar var.
Bakıda barda dava olub.
AZXEBER.COM xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Puşkin küçəsi 2 ünvanında yerləşən barda qeydə alınıb.
Barın işçiləri ilə müştərilər arasında düşən mübahisə sonunda davaya səbəb olub. Nəticədə barın işçiləri müştərilərdən biri, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Vəzir oğlu Qəhrəmanovu döyərək ona ağır bədən xəsarətləri yetiriblər.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR