Bakıda baş mühasib işlədiyi bankdan 220 min manat oğurladı

Bakıda baş mühasib işlədiyi bankdan 220 min manat oğurladı
Bütün Xəbərlər
12:59 20.06.2013
1591

“Rəvan Sığorta” ASC-nin baş mühasibi barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla Bakı şəhərində fəaliyyət göstərən “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətində çatışmazlıqlar aşkar olunub.

Prokurorluqdan bildirilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalovun sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsədiyi və bununla da cəmiyyətə külli miqdarda ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR