Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, güllələnənlərdən 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev hadisə yerində keçinib.
Onun qohumu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxsin kimliyi isə hələlik bilinmir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Hadisə şahidləri isə bildiriblər ki, hadisə qisas zəminində törədilib. Belə ki, qətlə yetirilən Y. Musayevin atası Rabil Musayev iki il əvvəl hadisəni törədən şəxsin qohumunu qətlə yetiribmiş. Həmin şəxs də qisas almaq məqsədi ilə bu addımı atıb.
Xatırladaq ki, R. Musayevin iki əvvəl qətl törətməsi barədə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 2012-ci il yanvarın 6-da axşam saatlarında Zabrat qəsəbəsində Rabil Musayev adlı şəxslə onun tanışları - Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə düşüb. Hadisə nəticəsində R. Musayev bıçaqla hər iki şəxsi bıçaqlayıb. R. Fərəcov ölüb, K. Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanıb.