Bakıda baş verən atışmada yaralanan şəxsləri qaçıran sürücü saxlanıb

Bakıda baş verən atışmada yaralanan şəxsləri qaçıran sürücü saxlanıb
Bütün Xəbərlər
10:21 12.07.2013
1011

Ötən gün Bakıda baş verən silahlı insident zamanı yaralı şəxsləri qaçıran avtomobil polis tərəfindən saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, yaralıları hadisə yerindən 1986-cı il təvəllüdlü Ağasif Kərim oğlu Baxışov idarə etdiyi 90 NU 455 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobillə hadisə yerində uzaqlaşdırıb. 

Hazırda A. Baxışovun ifadəsi alınır. 

İstintaq sirri olduğundan hadisə barədə digər məlumatlar hələlik açıqlanmır. 

OXŞAR XƏBƏRLƏR