Bakıda baş verən dəhşətli qəzadan - FOTOLAR

Bakıda baş verən dəhşətli qəzadan - FOTOLAR
Bütün Xəbərlər
12:37 20.09.2013
3799
Bu gün səhər saatlarında Şıxov yolunda qəzaya uğrayan 120 saylı, 10 TF 869 dövlət nömrə nişanlı avtobus Bakı şəhərində fəaliyyət göstərən “Transqeyt” MMC-yə məxsus olub.Şirkətin şöbə müdiri Nurəddin İsmayılovun verdiyi məlumata görə, qəza nəticəsində avtobusun sürücüsü, 1973-cü il təvəllüdlü Füzuli Əziz oğlu Haqverdiyev və avtobusda olan sərnişinlərdən bir kişi dünyasını dəyişib. Qəza nəticəsində 5 nəfər ağır yaralanıb. Lakin hadisə şahidləri qəzada 9 nəfərin yaralandığını deyir. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Qəzadan öncə 120 saylı avtobusun qarşısında evakuator olub. Sürücü ara məsafəsi saxlamayıb. Evakuator qəfil dayanıb və nəticədə avtobusun sürücüsü dönmək istəyib. Lakin dönmə əməliyyatını düzgün yerinə yetirməyib və avtobus yoldan çıxıb. Avtobus beton çəpəri aşaraq, ağaca çırpılıb. Nəticədə avtobusun ön hissəsi deformasiyaya uğrayıb. Sürücü və öndə dayanan sərnişin hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR