Bakıda başına dəmir düşüb vəfat edən qadın kim idi? - TƏFƏRRÜAT

Bakıda başına dəmir düşüb vəfat edən qadın kim idi?  - TƏFƏRRÜAT
SOSİAL
16:22 10.03.2021
1004
Xəbər verdiyimiz kimi, 3 gün öncə metronun "28 May" stansiyasının yaxınlığında başına dəmir parçası düşən qadın vəfat edib. 

1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızının ölümünün təfərrüatı araşdırılır. 

Mərhumənin qardaşının AZXEBER.COM-a verdiyi məlumata görə, Şəfəq Namətovanın 9 yaşında bir oğlan övladı var. O, ölümündən öncə ikinci uşağını dünyaya gətirməyə hazırlaşırmış. 

Ailə üzvünün sözlərinə görə, gənc xanım rəssam-dizayner olub və bir sıra uğurlu işlərə, layihələrə imza atıb. 

Qeyd edək ki, martın 7-də baş verən hadisə zamanı ətrafda tikinti prosesi gedirmiş. Ehtimal olunur ki, dəmir parçası qadının üzərinə həmin istiqamətdən düşüb. Havanın küləkli olması da buna şərait yaradıb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR