Yanğın səhər saatlarında Xəzər rayonunda baş verib
Bakı bayram ügünü səhəri yanğınla açıb.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Xəzər rayonunda 1960-cı il təvəllüdlü Varmakov Veris Borisoviçə məxsus evdə olub. Belə ki, ümumi sahəsi 25 kv.m olan tikintisi başa çatmamış birmərətbəli 2 otaqlı evin 1 otağında ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibi V.Varmakovun meyiti aşkar olunub. Yanğın saat 08:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.