Bakının Biləcəri qəsəbəsində güclü yanğın baş verib.
AZXEBER.COM-un məlumatına görə, yanğın “Dəmir bazarı” adlanan ərazidə baş verib.
Hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub. Yanğının qarşısı bir neçə saat sonra alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.