Bakıda bədbəxt hadisə

Bakıda bədbəxt hadisə
Bütün Xəbərlər
12:08 19.12.2011
2051
Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 18-də Müşfiqabad qəsəbəsində Abdullayev Rəhman Seyfəddin oğlunun həyətində işləyən usta Əliyev Sərhəddin Bəhlul oğlu laqonda ilə dəmir borunu kəsən zaman alətin altından çıxan daş parçası ev sahibinin anası, 1960-cı il təvəllüdlü Abdullayeva Kifayət Əbdüləli qızına dəyib. Nəticədə qadının alın, burun və digər sümükləri qırılıb, o, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR