Bakıda Beynəlxalq Hava Limanında oğurluq

Bakıda Beynəlxalq Hava Limanında oğurluq
Bütün Xəbərlər
13:05 12.03.2014
816

Aeroportda Fərid Əmrahova məxsus içərisində 3500 dollar pul və sənədlər olan çanta oğurlanıb

Beynəlxalq Hava Limanında oğurluq hadisəsi qeydə alınıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aeroportda Fərid Əmrahova məxsus içərisində 3500 dollar pul və sənədlər olan çanta oğurlanıb. Oğurluq edən şəxsin kimliyi məlum olub.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Beynəlxalq Hava Limanında Avtovağzal üzrə növbətçi işləyən Nigar Həsənova tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR