Bakıda “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” adlı beynəlxalq simpozium keçiriləcək. Türk Əməkdaşlıq və Koordinasya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun (GYF) təşkilatçılığı ilə həyata keçirilən simpoziumun əsas məqsədi yetişməkdə olan gənc nəsilə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir.Tədbir təşkilatçıları atılan bu addımın xeyriyyəçiliyin təbliği sahəsində stimul yaradacığını, Türkiyə ilə dərin tarixi, mədəni, din və dil əlaqələri olan Azərbaycanla yaxın dövrdə də bu bağların güclənməsində tarixən var olan qardaşlıq və dostluq hisslərinin daha da möhkəmləşməsinə ciddi bir dəstək olacağına ümid etdiklərini bildiriblər.Xatırladaq ki, 1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlayıb. Bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün həmin təşkilata vermişdilər.Layihə çərçivəsində, adı çəkilən jurnal transliterasiya edilib, Türkiyə türkcəsinə uyğunlaşdırılıb və daha sonra nəşr olunub.“Keçmişdən Günümüzə Azərbaycan-Türkiyə Xeyriyyəcilik Əlaqələri QARDAŞ KÖMƏYİ” adlı beynəlxalq simpozium 07.11.2012-ci il tarixində saat: 10.00-da Azərbaycan Dillər Universitetinin akt zalında (Bakı ş, R. Behbudov 60, Əsas Bina) keçiriləcək. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcək.