Bakıda bina yandı - VİDEO

SOSİAL
21:57 21.03.2016
2126

Fövqəladə Hallar Nazirliyi Bakıda, Nobel prospektində, AMAY Ticarət Mərkəzinin yaxınlığında 6 mərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in məlumatında Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m. olan 6 mərtəbəli binanın damının yanar konstruksiyalarının 260 kv.m, 6-cı mərtəbənin tavanının 160 kv.m, 5-ci mərtəbənin tavanının 4 kv.m və 4-cü mərtəbənin tavanının 4 kv.m sahədə yandığı vurğulanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR