Bu gündən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb. AZXEBER.COM xəbər verir ki, reportun əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni - daş materiallarla üzlənməsi prosesini izləyib. Üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb. İş icraçısı Ramin Cəfərov "Report"a bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır:"Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır".





