Sulutəpə qəsəbəsində yaşayış evində partlayış olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən məlumat verilib.
Məlumata görə, gecə saatlarında Sulutəpə qəsəbəsindəki qaz sızması nəticəsində evlərdən birində partlayış olub.
Hadisə zamanı 31 yaşlı Behbudov Tural Zahid oğlu, onun həyat yoldaşı 27 yaşlı Behbudova Telmaz Cavad qızı, övladları 5 yaşlı Vüqar və 4 yaşlı Gülər ağır yanıq xəsarətləri alıblar.
Hadisə yerinə çağırılan təcili yardım həkimləri onları dərhal xəstəxanaya çatdırıb. Vəziyyətləri orta-ağırdır.
Yanğın isə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.