Bakıda bir ailənin 3 övladı dənizdə batdı

Bakıda bir ailənin 3 övladı dənizdə batdı
Bütün Xəbərlər
11:29 07.08.2014
3691
Bakıda dörd uşaq dənizdə batıb. Xəzər Rayon Polis İdarəsindən APA-yaverilən məlumata görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb.

Bakı şəhər sakinləri – 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev, 10 yaşlı Kamalə Qafil qızı Əliyeva, 9 yaşlı Elgün Qafil oğlu Əliyev və 6 yaşlı Fariz Qafil oğlu Əliyev dənizdə çimərkən boğularaq ölüblər.

Polisdən həmçinin bildirilib ki, ölən uşaqların 3-ü bir ailənin üzvləridir.

OXŞAR XƏBƏRLƏR