Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 1-də saat 21.00 radələrində Biləcəri qəsəbə sakini Süleyman Hacıyev qarın nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə Dəmiryolu Xəstəxanasına daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şakir Paşazadə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.