Bakıda birinci sinifə qəbul qaydaları dəyişdirilir

Bakıda birinci sinifə qəbul qaydaları dəyişdirilir
Bütün Xəbərlər
17:03 06.02.2015
2142
Təhsil İdarəsi məlumat yaydı.
Bakının ümumtəhsil müəssisələrinin I sinfinə qəbul üçün yeni sistem hazırlanır.
AZXEBER.COM  Bakı Şəhər Təhsil İdarəsinə (BŞTİ) istinadən xəbər verir ki, I sinifə qəbul prosesini elektron sistem vasitəsilə aparılması nəzərdə tutulur.
Məlumata əsasən, hazırda sistem üzrərində son tamamlama işləri aparılır və BŞTİ I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.
“Fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqıında məlumatlandırılıb.
Görüşdə direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib”, - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR