AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, naməlum şəxs “102 Zəng Mərkəzi”nə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat verib. Nərimanov rayonu 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Yalan məlumatı verən Bakı şəhər sakini 26 yaşlı Ruslan Əsədov tutulub.