Bakıda bomba həyəcanı ilə bağlı rəsmi məlumat yayıldı
Bütün Xəbərlər
08:11 30.11.2012
814
Bakı şəhəri, Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə gprə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə binada və ətrafında axtarışlar aparıb.