Bakıda törədilən qətllə bağlı maraqlı faktlar ortaya çıxıb.
Binəqədi rayonunda tanışı Sevinc Hüseynova tərəfindən boğularaq öldürülən Yasəmən Süleymanovanın Qarabağ müharibəsinin iştirakçısı olduğu məlum olub.
Y. Süleymanova Qarabağ müharibəsində iştirak edib və bir neçə dəfə ağır yaralanıb.
3-cü qrup əlil olan Y. Süleymanova müharibədən sonra sürücülüklə məşğul olurmuş.
Qətlə iki qadın arasında şəxsi münasibətlər zəminində düşən mübahisənin səbəb olduğu bildirilir. (APA)