Bakıda bu avtobusun sürücüsü sərnişinləri təhqir edib? - AÇIQLAMA

Bakıda bu avtobusun sürücüsü sərnişinləri təhqir edib? - AÇIQLAMA
SOSİAL
22:32 03.11.2025
357
160 saylı marşrut avtobusunda sürücü ilə sərnişinlər arasında gərginlik yarandığı bildirilir.

Hadisənin 77-JD-305 dövlət nömrə nişanlı avtobusda baş verdiyi ehtimal olunur. İddiaya görə, avtobus mərkəzdən təxminən saat 07:15-də çıxıb və "Binə körpüsü” istiqamətində hərəkət edərkən dayanacaqlarda normadan artıq dayanıb. Bu səbəbdən avtobusun gedişində gecikmə yarandığı güman edilir. 

Bəzi sərnişinlər iddia edirlər ki, sürücü gecikməyə etiraz edənlərə qarşı kobud davranış sərgiləyib və onları təhqir edib. 

"Çinar-Trans" MMC-nin direktoru İsmayıl Hüseynov AZXEBER.COM-a bildirib ki, sürücü tərəfindən hansısa sərnişinə qarşı heç bir təhqir halı baş verməyib: 

"Səhər saatlarında yollar bağlı olub. Yollar açıldıqdan sonra sərnişin sürücüdən tələb edib ki, gecikir dayanacaqlarda saxlamasın. Sürücü isə cavabında bildirib ki, gecikməyə səbəb bir qədər əvvəl yolların bağlı olmasıdır. O, ağsaqqal, mədəni bir şəxsdir və heç kəsi təhqir edən insan deyil. Yəni sürücü tərəfindən hər hansı təhqir olmayıb. Əksinə, problem yaradan şəxs digər sərnişinlərlə mübahisə edib. Sürücü deyib ki, həmin şəxs onun əsəbləri ilə oynayıb. Təbii ki, nə qədər gecikmə olsa da, avtobus sürücüləri dayanacaqlarda sərnişinləri mindirib-düşürməlidirlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR