Bakıda bu da oldu: qab pastası şampun qabına tökülüb satılır

Bakıda bu da oldu: qab pastası şampun qabına tökülüb satılır
Bütün Xəbərlər
18:32 24.05.2015
5291

“Azərbaycana Türkiyə, Çin və Rusiyadan saxta kosmetik vasitələr gətirilir. Xüsusilə də Türkiyə və Rusiyanın sertifikatları tanındığından bu ölkələrdə istehsal edilən məhsullar ciddi yoxlanılmır”.

Bunuvirtualaz.org saytınaaçıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, hazırda ölkə bazarında külli miqdarda saxta kosmetik vasitələr satılır:“Bu məhsullar dəri xərçənginə, ən yaxşı halda isə allergiyaya səbəb ola bilər. Ancaq ölkədə müstəqil laboratoriya yoxdur, məhsulun saxta olub-olmadığını müəyyənləşdirmək çətindir”.

E.Hüseynov ona da saxta kosmetika satılmasının təklif edildiyini dedi:“Mən illər öncə bizneslə məşğul olmuşam. Türkiyədən kosmetika gətirərək Azərbaycanda satmaq istəyirdim. Türkiyədən mənə dedilər ki, qiyməti söyləmək kifayətdir, yəni sifariş verilən qiymət əsasında kosmetik vasitə istehsal edib verirlər. Aydın məsələdir ki, burada söhbət keyfiyyətsiz məhsul istehsalından gedir. Biznesmenin sifariş verdiyi qiymətlə məhsul istehsal edilməsi halları mövcuddur. Təbii ki, mən bundan imtina etdim. Lakin dəfələrlə belə halların olduğunu aşkarlamışıq”.

Hüquq müdafiəçisi qeyd etdi ki, alıcılar arasında maarifləndirmə tədbirləri aparılmadığından onlar məhsulların saxta olub-olmadığını müəyyənləşdirə bilmirlər:“Kosmetik vasitələrin üzərində istehsal və son istifadə müddəti göstərilməlidir. Məhsulların üzərinə etket vurulmalıdır, istehsal edildiyi ölkənin adı, tərkibindəki maddılərin haqqında məlumatlar verilməlidir”.

E.Hüseynov Bakıda qab pastalarının şampun qablarına tökülərək müştərilərə satıldığını, bu cür halların hətta bir çox otellərdə də baş verdiyini, habelə “Romaşka”, “Almalı” markalarının saxtalaşdırıldığını da xatırlatdı.

Qeyd edək ki, ötən həftə Türkiyədə aparılan yoxlamalar zamanı mağazalarda satılan külli miqdarda saxta kosmetik vasitə və saç şampunlarının xarici ölkələrə də satıldığı bəlli olub.

Türkiyə mətbuatının məlumatına görə, son bir-iki ayda aparılan araşdırmalarda 5 min şampunun saxta olduğuna dair rəy verilib.

Türkiyənin Səhiyyə Nazirliyi yoxlamalar aparılsa da mağazalarda saxta məhsulların satışının qarşısının alınmasının mümkünsüz olduğunu bildirib.

İddialara görə, saxta məhsulların böyük hissəsi saç şampunlarıdır. Bu məhsullar bir neçə ölkələrə də satılır. Həkimlər isə saxta şampunların tərkibinə qatılan kimyəvi tərkibli qatqıların saç tökülməsinə, dəri xəstəliklərinə səbəb olduğunu bildiriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO