Bakıda bu gün yaz havası olacaq

Bakıda bu gün yaz havası olacaq
Bütün Xəbərlər
02:37 18.12.2011
1425

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti dekabrın 18-nə olan hava haqqında məlumatı açıqlayıb.

 Bakıda və Abşeron yarımadasında dekabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR