Bir qrup valideynin verdiyi məlumata görə, orta məktəbdə özbaşınalıq dözülməz həddədir.Belə ki, məktəbdə valideynlərdən tez-tez pul tələb edirlər. Bu dəfə isə pulu məktəbi təmir etmək adı ilə yığmağa başlayıb."Tez-tez pul toplanır. Müxtəlif tədbirlər adıyla uşaqlara deyirlər ki, pul gətirin. İndi də məktəbdə təmir işləri adı altında hər şagirdən 15 manat pul gətirməyi tələb edirlər", - deyə valideynlər bildirib.Şikayətlə bağlı məktəbin direktoru İradə Xəlilova ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.Arqument.az