Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ
SOSİAL
17:33 08.08.2017
918
Bakının Balaxanı-Binəqədi yolu 3 gün bağlı olacaq.
 
AZXEBER.COM "Azəravtoyol”a istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu  Balaxanı-Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.
 
Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.
 
 
"Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.
OXŞAR XƏBƏRLƏR