6 otaqlı ev kül oldu.
Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb.
AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.