Bakıda çatlayan binanın sakinləri təxliyyə olundu

Bakıda çatlayan binanın sakinləri təxliyyə olundu
Bütün Xəbərlər
14:43 09.03.2012
1361
Bakının Suraxanı rayonu, Zığ şossesi, 21 b nömrəli binanın ətrafında susponziya və qeyri-bərabər çökmə prosesi gedib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.Niftiyev deyib ki, bununla əlaqədar binada çatlar və binanın konstruksiyasında dəyişikliklər əmələ gəlib. Onun sözlərinə görə, çökmə prosesi fevralın 27-dən müşahidə olunub və həmin gündən başlayaraq hər gün ərazidə monitorinqlər aparılıb."Aidiyyatı qurumlar tərəfindən əhali oradan artıq təxliyə olunub. Dünəndən ərazidə monitorinqlər dayandırılıb. Azərbaycan Nazirlər Kabinetinə baş verən çökmənin səbəbləri ilə bağlı arayış təqdim olunacaq", deyə Niftiyev əlavə edib.Qeyd edək ki, 5 mərtəbəli binada 20 ailə yaşayır. Sakinlərin sözlərinə görə, eyni hadisə 2009-cu ildə də baş verib. Həmin vaxtı aidiyyatı qurumlar hadisə yerinə baxış keçirəndən sonra sakinlər binadan köçürülüb. 8 ay davam edən bərkitmə işləri zamanı bina demək olar ki, hər tərəfdən armaturlarla bərkidilib. Amma indi həmin armatur dəmirlər belə bir-birindən ayrılmağa başlayıb. 2 ay əvvəl sakinlərin rəsmi müraciətindən sonra həmin çatların üzərinə mayaklar quraşdırılıb. Ancaq sakinlərin sözlərinə görə, həmin mayaklar da çatlayıb, aralanıblar.
OXŞAR XƏBƏRLƏR