“Çimərlik mövsümü başlayandan indiyə qədər 13 nəfər boğulub”. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev lent.az-a açıqlamasında söyləyib.O. Şahmalıyev deyib ki, xilasedicilər boğulma təhlükəsi ilə üzləşənlərin 4 nəfərini xilas edib, 9 nəfər isə həyatını itirib. Sonuncu belə hadisə iyunun 30-da yaşanıb. Xilasedicilərin həmin şəxsin həyatını xilas edə bilməyiblər.