Bakıda çimərlikdə atla qadını vuran şəxsi dörd nəfər döydü

Bakıda çimərlikdə atla qadını vuran şəxsi dörd nəfər döydü
Bütün Xəbərlər
13:20 07.07.2015
1770
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.
Bakı şəhər sakini, İbadət Tehran oğlu İbrahimov naməlum şəxslə birlikdə at çaparkən 1958-ci il təvəllüdlü Rəhilə İsmayıl qızı Mirzəyevanı atla vuraraq xəsarət yetirib. Hadisədən sonra yaxınlıqda olan dörd naməlum şəxs İ. İbrahimovu döyərək xəsarət yetirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR