Bakıda cinayət: Xanım ofisiant ona sataşan müştərini bıçaqladı

Bakıda cinayət: Xanım ofisiant ona sataşan müştərini bıçaqladı
Bütün Xəbərlər
10:03 08.10.2012
1782
Gecə Bakının Binəqədi rayonunda kafedə qulluqçu işləyən qadın həmin kafeyə şam yeməyinə gələn müştərini bıçaqlayıb. AZXEBER.COM-un ANS-ə istinadən verdiyi xəbərə görə, hadisə Xırdalan dairəsi adlanan ərazidə yerləşən “Arzu” kafesində baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, 31 yaşlı Mirzəyev Mirdaməd Mirseyid oğlu həmin kafeyə gələn zaman sərxoş vəziyyətdə olub. Bu vaxt o, masaya xidmət edən xanıma qarşı nalayiq ifadələr də işlətdiyindən onların arasında mübahisə yaşanıb. Mübahisə zəminində Mirdaməd Mirzəyev həmin xanımı bərk döyməyə başlayıb. Sərxoş müştərinin əlindən birtəhər canını qurtaran xidmətçi qadın özünü mətbəxə verib və əlində bıçaq Mirdamədin qarşısına çıxaraq onu bıçaqlayıb. Qarın nahiyəsindən bir bıçaq yarası alan Mirdaməd Mirzəyevi yanında olan dostları təcili 1 saylı xəstəxanaya çatdırıblar və onun üzərində cərrahi əməliyyat aparılıb.
OXŞAR XƏBƏRLƏR